Bu il 17 milyon ton neft HASİL EDİLDİ

Bu il 17 milyon ton neft HASİL EDİLDİ

Hazırda oxunan: Bu il 17 milyon ton neft HASİL EDİLDİ
205803
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2024-cü ilin yanvar-iyul ayları üzrə təxminən 16.9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Respublika üzrə neft hasilatının 9,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,5 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,34 milyon tonu (kondensat) Abşeron yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,4 milyon ton təşkil edib. 

Hesabat dövründə təxminən 14,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Bunun 12,2 milyon tonu konsorsiumun, 1,9 milyon tonu isə SOCAR-ın payına düşür. Cari ilin yanvar-iyul aylarında ölkədə neftin emalı 3,7 milyon ton təşkil edib. 

2024-cü ilin iyul ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 589 ton olub. Bunun 65 681 tonunu xam neft, 14 908 tonunu kondensat təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO