"Neftin qiyməti yaxın müddətdə 40-45 dollar arasında dəyişməkdə davam edəcək"

Hazırda oxunan: "Neftin qiyməti yaxın müddətdə 40-45 dollar arasında dəyişməkdə davam edəcək"

132625
Neft ixrac edən ölkələr birliyi OPEK-in Doha samiti başa çatdı. OPEK üzvlərinin görüşü böyük maraqla gözlənilirdi. Belə ki, bu ölkələr ucuzlaşmaqda olan neftin dəyərdən düşməməsi üçün neft istehsalını dayandırmaq barədə razılaq əldə etmək istəyirdilər. Amma bütün bunlara baxmayaraq OPEK üzvləri nefti istehsalını dayandırmaq barədə razılıq əldə edə bilmədi. 

Maraqlıdır, OPEK ölkələrinin bu görüşündən sonra neftin qiymətində ucuzlaşma olacaqmı? 

İqtisadçı ekspert İlham Şaban Moderator.az-a açıqlamasında bildirdi ki, Doha görüşündən əlahiddə nəsə gözləməyə dəyməzdi:

“Təbii ki, bazar iştirakçılarının Doha görüşündən gözləntiləri böyük idi. Məhz bu arzu və istək nəticəsində neftin qiyməti son 1 həftə ərzində kifayət qədər artmışdı və hətta ötən bazar ertəsi 45 dollara qədər yaxınlaşmışdı. Bütün bunlar Doha görüşü öncəsi səsləndirilən pozitiv bəyanatların bazara təsiri idi. Ancaq digər tərəfdən görüş yaxınlaşdıqca qiymətlər 43 dollardan da ucuz bir göstərici altına düşdü. Ona görə ki, reallıq onu göstərirdi ki, Dohadakı görüşdən əslində əlahiddə nəsə gözləməyə dəyməz. Buna görə qiymətlər görüş ərəfəsində ucuzlaşırdı, əks təqdirdə qiymətlər 45-i keçərək üzü 50-yə doğru istiqamətlənməliydi. Və nəhayət, Dohada tərəflər arasında heç bir razılıq əldə edilmədi. Bazar ertəsi London vaxtı ilə gecə saat 2-də artıq neft qiymətləri 6% dəyərini itirmişdi, yəni 40, 16-ya qədər ucuzlaşmışdı. Ancaq səhər saat 8 radələrində 41 dolları ötə bildi. Gün ərzində isə asta-asta itirilmiş mövqelərini qaytarmağa başladı. Hazırda mən Sizin suallarınızı cavablandırarkən Brent markalı neftin qiyməti 42,90-a qədər yüksəlib. Yəni cümə günü ilə fərq 0,5% təşkil edir. Demək olar ki, fərq yavaş-yavaş silinir. Əslində bazarın qısa bir müddətdə özünü bərpa etməsi nəyin nəticəsidir? Dohadakı görüşə inamın əvvəlcədən bazar iştirakçıları tərəfindən zəif olmasından. Bu isə o deməkdir ki, neftin qiyməti yaxın müddətdə 40-45 dollar arasında dəyişməkdə davam edəcək. Ancaq onu 50-yə yönəltmək üçün bazarda daha fundamental faktorlara - tələb və təklifin balanslaşdırılmasına ehtiyac var. Bu isə zaman tələb edir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO