Moderator.az -ın bu sualını keçmiş maliyyə naziri, “Ekonomiks”x9d Beynəlxalq İqtisadi Araşdımalar Birliyinin sədri, İqtisad elmləri doktoru, professoru Fikrət Yusifov cavablandırıb:
"Neftin dünya bazarlarındakı qiymətlərinin qalxıb enməsi ilə baş verən proseslərin təhlili göstərir ki, qiymətlərin kəskin aşağı düşməsi adətən uzunmüddətli olmur. Bunun daha uzun müddət davam etməməsinin əsas səbəbi isə ondan ibarətdir ki, neft sənayesinə yardım edilmədikcə onun hasilatı tədricən azalmağa başlayır. Son qiymət enişi prosesi artıq bir il yarımdır ki, davam edir. Bu müddət ərzində əsas neft ixrac edən ölkələr demək olar ki, bu sahəyə az kapital qoyurlar və ya əvvəlkindən az kapital ayırırlar. Yeni yataqların kəşfi ilə bağlı işlər isə demək olar ki, maliyyələşdirilmir. Belə olan halda neft hasilatı azalmağa başlayır. Bu isə öz növbəsində qiymətlərin yenidən qalxmasına gətirib çıxarır."


































































































