Neft gəlirlərinin kəskin surətdə azalması Azərbaycanda iqtisadi-sosial durumu gündən-günə ağırlaşdırmaqda, ictimai-siyasi müstəvidəki qarşıdurma və gərginliyi artırmaqdadır. Prezident İlham Əliyevin 2016-ci ilin asan omayacağı ilə bağlı səsləndirdiyi fikirlər, məbləği milyardlarla hesablanan bank mənimsəmələri, məmur sahibkarlığının azad sahibkarlığı sıradan çıxartması, Rusiya və Qərbin təzyiqlərinin artması ölkəmizin yaxın gələcəyi ilə bağlı nikbin düşünməyə əsas vermir.
Maraqlıdır,
Azərbaycanın hazırkı iqtisadi-sosial və siyasi durumu ölkənin gələcəyi ilə
bağlı nə vəd edir? Bugünkü problemlər yükü ilə ölkənin sabahkı rifahını təmin
etmək mümkündürmü?
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən VİP sədri Əli Əliyev də daha güclü Azərbaycan
üçün hazırkı problemlərin qəti həllinin vacib olduğunu söylədi:
"Ölkə
başçısının son çıxışı, müşavirə zamanı səsləndidiyi fikirlər, verdiyi mesajlar
göstərdi ki, hökumətin qurduğu iqtisadi model ölkənin hazırkı sosial-iqtisadi
durumuna uyğun deyil. Əslində elə belə də gözlənilirdi. Neft gəlirlərindən
asılı iqtisadi model neftin qiymətinin aşağı düşməsi ilə gərginləşməli idi və təəssüflər
olsun ki, bu gərginliyi hakimiyyət özü də dolayısı ilə etiraf etməyə
başlayıb".
Ə.Əliyevin
qənaətincə, mövcud durum ölkənin iqtisadi modelində müəyyən dəyişiklikləri zəruri
edir:
"Mənə
elə gəlir ki, ölkənin iqtisadi modelində müəyyən dəyişikliklər edilməlidir. Cənab
prezidentin dediyi kimi, bazar liberallaşdırılmalıdır. Monopoliyalar,
sahibkarlıqla məşğul olan bəzi şəxslərə verilən xüsusi imtiyazlar, ixracat və
idxalatda yaradılan süni maneələr aradan qaldırılmalıdır. Ölkənin
iqtisadiyyatının neftdən asılılıq əmsalı xeyli dərəcədə azaldılmalıdır.
Qeyri-neft sektorunun inkişafına diqqət artırılmalıdır. Sahibkarlıqla məşğul
olan insanlara sərbəstlik verilməlidir. Yalnız belə olan halda ölkə neft
asılılığından qurtula bilər. Cəmiyyət iqtisadi baxımdan dirçələ bilər.
Məndə
olan məlumatlara görə, əgər lazımi dəyişikliklər həyata keçirilməsə, vəziyyət
bugünkündən də ağır olacaq. Bu isə ölkə həyatıın bütün sahələri üçün ciddi təhlükə
mənbəyidir".
Seymur Əliyev



































































































