“Türkiyədəki gərginlik Azərbaycan iqtisadiyyatına təsir etməyəcək”x9d

“Türkiyədəki gərginlik Azərbaycan iqtisadiyyatına təsir etməyəcək”x9d

Hazırda oxunan: “Türkiyədəki gərginlik Azərbaycan iqtisadiyyatına təsir etməyəcək”x9d

100674

PKK-nin Türkiyədə həyata keçirdiyi terror aktları, Suriyadan gələn qaçqınların sayının gündən-günə artması, Rusiya və Qərbin xüsusi xidmət orqanlarının aktivliyi qardaş ölkədə daxili gərginliyi getdikcə artırmaqdadır. Bütün bunlar Türkiyə iqtisadiyyatının zəifləməsinə, turizm və s. sektorların tamamilə çökməsinə səbəb olur ki, bu da sadəcə Türkiyə üçün deyil, onunla sıx iqtisadi əlaqələrə malik ölkələr üçün də arzuedilməzdir. İraqda PKK düşərgələrini bombalayn Türkiyənin Suriyada da müharibəyə cəlb olunmaq ehtimalı var ki, bu da rəsmi Ankara üçün hər şeydən öncə ciddi malyyə itkisi deməkdir. Hansı ki, Türkiyənin bu günə qədər də bəzi beynəlxalq layihələri maliyyələşdirməkdə ciddi çətinliklər çəkdiyi kimsəyə sirr deyildi.  

Maraqlıdır, Türkiyədə terror təhlükəsinin artması, stabilliyin pozulması, maliyyə imkanlarının məhdudlaşması Azərbaycan iqtisadiyyatına təsir edə bilərmi? Türkiyənin hansısa formada hərbi konfilikt və qarşıdurmalarda iştirakı ölkəmizin iqtisadiyyatı üçün risk təşkil edirmi?

Məsələ ilə bağlı Moderator.az-ın sualını cavablandıran iqtisadçı-ekspert Vüqar Bayramov baş verənlərin Azərbaycan iqtisadiyyatına təsir göstərməyəcəyini vurğuladı:

“Azərbaycanla Türkiyə strateji əməkdaşdır. Türkiyə Azərbaycanın enerji layihələrinin reallaşdırdığı əsas ölkələrdən biridir. Sözsüz ki, Türkiyə Azərbaycanın ticarət tərəfdaşlarından biri olsa belə, Türkiyə Azərbaycanın əsas ticarəıt tərəfdaşı deyil. Azərbaycnın əsas ticarət tərəfdaşı Avropa Birliyidir. Qeyri-neft sektorunda isə əsas yeri keçmiş SSRİ ölkələri tutur. Amma Azərbaycan və Türkiyə arasında birmənalı şəkildə strateji əməkdaşıq var.

Türkiyədəki gərginlik Azərbaycan iqtisadiyyatına təsir etməyəcək. Olayların bu konteksidə Azərbaycan iqtisadiyyatına təsir imkanları yoxdur. Amma proseslər Azərbaycanın enerji paylarına yanaşmasına təsir edə bilər. Çünki Türkiyə maliyyələşmədə iştirak edir. Türkiyənin maliyyə imkanlarının məhdudlaşması isə onun bu sahədə layihələşmə həyata keçirməsinə əngəl törədə bilər.

Terror kəmərlərin təhlükəsizliyi məsələsini də gündəmə gətirir. Belə davam edərsə, kəmərlərin təhlükəsizliyi ilə bağlı daha çox iş həyata keçirmək lazım gələcək”x9d.

 

Seymur Əliyev   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO