16 illik “dastan”x9d bitdi - Əfsanə getdi  - FOTOLAR

16 illik “dastan”x9d bitdi - Əfsanə getdi - FOTOLAR

Hazırda oxunan: 16 illik “dastan”x9d bitdi - Əfsanə getdi - FOTOLAR

85496
Bir müddətdir "Real"dan ayrılacağı deyilən İker Kasilyasın gedişi rəsmiləşib.
 
Moderator.az xəbər verir ki, "Kral klubu"nun rəsmi saytı İkerin komandadan ayrıldığını rəsmən açıqlayıb. Madrid klubu rəsmi saytının girişində Kasilyasın fotosu fonunda "Gracias, İker" yazısını (Təşəkkürlər, İker) paylaşaraq qolkiperə kluba etdiyi xidmətlərə görə təşəkkür edib. Klubla 2 illik müqaviləsi qalan Kasilyas buna görə madridlilərdən 12,5 milyon avro təzminat alıb.
 
34 yaşlı qapıçının yeni klubu isə Portuqaliya "Portu"su olacaq. İspaniya millisinin üzvü "Əjdahalar"la 2 illik müqavilə bağlayacaq.
 
"Real"ın yetirməsi olan Kasilyas, 1999-cu ildən bu klubun əsas komandasında çıxış edirdi. O, bu müddətdə 725 oyunda meydana çıxaraq, 22 titul qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO