Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.
ANS PRESS-in məlumatına görə, Kamran Ağayevin çıÑ…ış etdiyi "Kayserispor" "Sivasspor"un qonağı olub.
İlk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan komandalar cavab matçında da qalibi müəyyənləşdirə bilməyib - 1:1.
"Sivasspor" penalti seriyasında 3:1 hesablı qələbə qazanaraq yarımfinala çıÑ…ıb. Kamran matçın iştirakçısı olmayıb.
PTT 1-ci liqasında komandanın 1 nömrəsi olan qapıçımızın adı "18-liy"ə salınmayıb.





































































































