Məşhur klubda rəzalət - Futbolçu məşqçisi ilə dalaşdı

Məşhur klubda rəzalət - Futbolçu məşqçisi ilə dalaşdı

Hazırda oxunan: Məşhur klubda rəzalət - Futbolçu məşqçisi ilə dalaşdı
74270
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Lans”ın (Fransa) qapıçısı Jan-Lui Leka ilə komandanın qapıçılarla işləyən məşqçisi Tyerri Malaspino arasında dava düşüb.

Bizim.Media ESPN-ə istinadən xəbər verir ki, hadisə komandanın məşqində baş verib.

Yalnız digər futbolçuların müdaxiləsindən sonra hadisənin daha da böyüməsinin qarşısı alınıb.

Münaqişədən sonra Lekanın paltardəyişmə otağının qapısını çırpması onun barmağının sınması ilə nəticələnib. Buna görə də o, Liqa-1-in qarşıdakı iki oyununu buraxmalı olacaq.

Qeyd edək ki, adları çəkilən şəxslər arasında gərginlik uzun müddətdir mövcuddur. Ona görə də “Lans”ın ikinci qapıçısı Volker Farinyes bu mövsümün ikinci yarısı əsas heyətdə daha çox oynamaq şansı qazanıb.
“Lans” mediadakı bu xəbərlərlə əlaqədar açıqlama yayaraq davanın baş verdiyini təsdiqləyib. Klub bununla əlaqədar intizam tədbiri həyata keçirəcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO