Abubakar “Neftçi”də qalacaq?

Abubakar “Neftçi”də qalacaq?

Hazırda oxunan: Abubakar “Neftçi”də qalacaq?
609851
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Neftçi” növbəti mövsümün planlarını məhz buna uyğun quracaq. 

Bizim.Media xəbər verir ki, paytaxt klubu UEFA Konfrans Liqasına vəsiqə qazana bilsə, rəhbərlik transfer büdcəsini artıracaq. 

Həmçinin komandanın ulduz futbolçusu Vensan Abubakarın taleyi də məhz bundan asılı görünür.

Komanda istəyinə çatsa, 34 yaşlı hücumçunun müqaviləsinin yenilənməsi maddəsi aktivləşdiriləcək. Çünki avrokuboklarda Abubakar kimi təcrübəli futbolçuya ehtiyac var.

“Ağ-qaralar” “Zirə” ilə rəqabətdən məğlub ayrılsa, yayda heyətində ciddi dəyişikliklərə gedəcək. Belə olan halda, Abubakarın yola salınması da istisna olmayacaq. Xüsusən də yüksək məbləğdə maaşı kamerunlu ilə bağlı qərarda tərəddüdə səbəb olur. İstənilən halda bununla bağlı yekun qərarı baş məşqçi Yuri Vernidub verəcək.

Qeyd edək ki, Vensan Abubakar bu mövsüm Misli Premyer Liqasında 16 oyunda 7 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO