Futzal üzrə Azərbaycan millisinin Polşa ilə oyununun hakimləri açıqlanıb

Futzal üzrə Azərbaycan millisinin Polşa ilə oyununun hakimləri açıqlanıb

Hazırda oxunan: Futzal üzrə Azərbaycan millisinin Polşa ilə oyununun hakimləri açıqlanıb

599042

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün əsas mərhələsinin VI qrupunda Polşa ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

Qarşılaşmanı Estoniya və Latviyadan olan referilər idarə edəcəklər.

Estoniyalı Yaqnar Yakobson, Qriqori Oşomkov və latviyalı İnqus Purins matçda ədalət təmsilçisi olacaqlar. Onların işinə sloveniyalı hakim-inspektor Silvo Borosak qiymət verəcək. Portuqaliyalı Joao Roça isə UEFA nümayəndəsi kimi iş başında olacaq.

Qeyd edək ki, martın 7-də Koszalin idman zalında keçiriləcək Polşa - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO