Yuri Vernidub: “Sanki bizim irəli getməyimizi istəmirlər”

Yuri Vernidub: “Sanki bizim irəli getməyimizi istəmirlər”

Hazırda oxunan: Yuri Vernidub: “Sanki bizim irəli getməyimizi istəmirlər”
598898
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Neftçi" Misli Premyer Liqasının 22-ci turunda səfərdə "Şamaxı" ilə 2:2 hesablı heç-heçə edib.

Bizim.Media xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyun haqda danışmaq istəmirəm. Hakimlər Komitəsi şərh bildirsin. Oyunumuzdan razıyam. Bu gün baş verənlər çox məyusedicidir. Bunlar futbola yaraşan şeylər deyil.

- Dumanlı hava şaraitində oyunun davam etdirilməsi nə dərəcədə doğru idi?

- Bilmirəm nə cavab verim. Belə başa düşdüm ki, VAR qapımıza penalti verilən epizodu görüb.

Biz görməsək də, onlar hansısa formada görüblər.

- Vensan Abubakar start heyətində yer alsaydı, nəticə fərqli ola bilərdi?

- Elə bir fərq olmayacaqdı. İkinci hissədə meydana çıxıb 2 qol vurdu. Onu təbrik edirəm. Həm Abubakar, həm də Bassala Sambu yaxşı oyun göstərirlər. Hakimlik hər yerdə belədir.

Azərbaycanda da, Ukraynada da, başqa ölkələrdə. Özümü məyus hiss edirəm. Ciddi irəliləyiş əldə etməyə başlamışdıq. Sanki bizim irəli getməyimizi istəmirlər. Bizi yuxarıdan aşağıya doğru itələyirlər. Amma dayanmayacağıq, davam edəcəyik. Çünki bizdə iradə var. İradəsi olan komanda hər zaman irəli gedəcək.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO