İngiltərə klubunda ciddi itki

İngiltərə klubunda ciddi itki

Hazırda oxunan: İngiltərə klubunda ciddi itki
591754
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Tottenhem” ciddi itki ilə üzləşib.

Bizim.Media xəbər verir ki, London təmsilçisinin müdafiəçisi Ben Devis sol topuğundan ağır zədə alıb.

Klubun yaydığı məlumata görə, 32 yaşlı futbolçu Premyer Liqada “Vest Hem”ə məğlub olduqları (1:2) görüşdə sıradan çıxıb. Futbolçu əməliyyat olunacağı üçün bu mövsüm meydana çıxması gözlənilmir. Bu zədə Uels millisi üçün də böyük itki hesab olunur.

Belə ki, yığma martın sonunda DÇ-2026-nın seçmə mərhələsinin pley-off yarımfinalında Bosniya və Herseqovina ilə həlledici görüşə çıxacaq. Bu fonda millinin müdafiəçisi komandasına kömək edə bilməyəcək.

“Vest Hem”lə derbi Devisin bu mövsüm bütün turnirlər daxil olmaqla çıxdığı cəmi beşinci oyun idi. ESPN-in məlumatına görə, “Tottenhem”in baş məşqçisi Tomas Frank Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə qarşılaşmada ümumilikdə 15 futbolçusunun xidmətindən məhrum ola
bilər.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO