Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda keçirilən dünya çempionatında daha bir heç-heçə qeydə alınıb.
Bizim.Media xəbər verir ki, 7-ci turun oyununda 41-ci gedişdə bərabərlik qeydə alınıb. Hazırda M.Karlsen 4:3 hesabı ilə öndədir.
Qeyd edək ki, bundan əvvəlki turlarda, 6-cı tur istisna olmaqla oyunlar bərabər şəkildə başa çatıb.
Dekabrın 5-də 8-ci partiya oynanılacaq. On dörd matçdan ibarət olacaq turnir dekabrın 15-dək davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:46 / 04.12.2021
Şahmat tacı uğrunda dünya çempionatı - DAHA BİR HEÇ-HEÇƏ
Hazırda oxunan: Şahmat tacı uğrunda dünya çempionatı - DAHA BİR HEÇ-HEÇƏ
Hazırda oxunan: Şahmat tacı uğrunda dünya çempionatı - DAHA BİR HEÇ-HEÇƏ
49113
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.