"Qarabağ"la oyun öncəsi "Arsenal"ın daha bir futbolçusu zədələndi

Hazırda oxunan: "Qarabağ"la oyun öncəsi "Arsenal"ın daha bir futbolçusu zədələndi

250452
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Arsenal" İngiltərə Premyer Liqasının XVI turu çərçivəsində "Emireyts" stadionunda "Hadersfild Taun"u qəbul edib.

Doqquz sarı vərəqənin göstərildiyi görüşdə London klubu qələbə qolunu 83-cü dəqiqədə vura bilib.

Qabonlu Pyer-Emerik Obameyanqın ötürməsini uruqvaylı Lukas Toreyra qayçıvarı zərbə ilə qapıdan keçirib. Bununla da "Arsenal"ın bütün turnirlər nəzərə alınmaqla məğlubedilməz oyunlar seriyası 21-ə çatıb.

Onu da bildirək ki, "Arsenal"ın daha bir futbolçusu "Qarabağ"la oyun öncəsi zədələnib. Alban əsilli almaniyalı mərkəz müdafiəçisi Şkodran Mustafi zədələnərək yerini 67-ci dəqiqədə ispaniyalı Naço Monreala verib. Bu, ispaniyalı müdafiəçinin zədədən sonra ilk matçı olub.

Qeyd edək ki, "Arsenal" – "Qarabağ" matçı dekabrın 13-də Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək. İki tur əvvəl pley-offu, bir tur əvvəl isə qrup birinciliyini təmin etmiş "topçular" üçün bu matç formal xarakter daşısa da, "Qarabağ" üçün qrupda III yeri tutmaq üçün sonuncu imkan sayılır.(Oxu.Azxa0)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO