“Bavariya” bu futbolçu ilə razılığa gəldi

“Bavariya” bu futbolçu ilə razılığa gəldi

Hazırda oxunan: “Bavariya” bu futbolçu ilə razılığa gəldi
223759
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bavariya" Camal Musiala ilə yeni müqavilə danışıqlarında sona yaxınlaşır.

Bizim.Media xəbər verir ki, Münhen təmsilçisi almaniyalı hücumameyilli yarımmüdafiəçi ilə razılıq əldə edib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
 

Musiala sözləşməyə qol çəkdikdən sonra klubun ən çox qazanan futbolçusu olacaq. Belə ki, tərəflər arasında 4-5 illik müqavilə imzalanacaq. 21 yaşlı ön xətt oyunçusunun illik maaşı 25 milyon avro təşkil edəcək.


Qeyd edək ki, "Bavariya" Camal Musialanı 2019-cu ilin yayında "Çelsi"nin akademiyasından transfer edib.

Almaniya millisinin üzvü bu mövsüm Bundesliqa nəhənginin heyətində meydana çıxdığı 18 rəsmi matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.Gənc futbolçunun hazırkı müqaviləsi 2026-cl ilin iyun ayına kimi nəzərdə tutulub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO