"Qarabağ Vyana" klubunun geniş yığıncağı keçirilib

Hazırda oxunan: "Qarabağ Vyana" klubunun geniş yığıncağı keçirilib

215502
Avstriyanın III Liqasında çıxış edən "Qarabağ Vyana" futbol klubunun geniş yığıncağı keçirilib.xa0

Hesabat xarakterli sayca üçüncü dəfə təşkil olunan tədbiri klubun avstriyalı vitse-prezidenti Manfred Modli açıb.xa0

Əvvəllər Avstriya hökuməti şurasının məsləhətçisi olmuş, "Bavag Bank"da uzun müddət idarə heyətində icraçı direktor vəzifələrində çalışmış, hazırda isə Avstriya Kanoe Federasiyanın prezidenti olan Manfred Modli çıxışında Qarabağın Azərbaycan dilində mənasından, ölkə üçün əhəmiyyətindən, klubun adı və tarixindən danışıb. O bildirib ki, Qarabağ tarixən Azərbaycanın önəmli bir regionu olub və ölkə tarixi, mədəniyyəti, incəsənətində xüsusi əhəmiyyət kəsb edib.xa0

"Qarabağ Vyana"nın prezidenti Orxan Vəliyev klub qurulan gündən bu vaxta kimi qarşıya qoyulan hədəflərdən və həyata keçirilən uğurlardan bəhs edib. O həmçinin cari ildə klubun hədəflərindən, infrastrukturundan da söz açıb.xa0
Klubun baş meneceri Ramin Şükürov isə İdarə Heyətinin gedişatdan razı olduğunu söyləyib. O, çıxışında klubun effektiv idarəçiliyinin inkişaf mexanizmi, müddəti, problemləri və onların həlli yollarından bəhs edib, idarəçilik, klubun spesifik sahələrdə irəliləyişi, layihələr və infrastruktur barədə danışıb.xa0

"Qarabağ Vyana"nın marketinq meneceri İvonne Tonhofer, baş məşqçi Volkan Kahraman, akademiyanın futbol məktəbinin direktoru Mehmet Demir də tədbirdə çıxış ediblər.xa0

Toplantıda hər il "Qarabağ Vyana" futbol klubunun hesabat xarakterli böyük iclasının keçirilməsi qərara alınıb. (Report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO