Avarçəkmə üzrə Bakı açıq çempionatı keçirildi – FOTO

Avarçəkmə üzrə Bakı açıq çempionatı keçirildi – FOTO

Hazırda oxunan: Avarçəkmə üzrə Bakı açıq çempionatı keçirildi – FOTO
208002
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avarçəkmə üzrə Bakı açıq çempionatı keçirilib. 

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakı bulvarında AKAF-ın binasının qarşısında təşkil olunan turnirdə paytaxtla yanaşı, Mingəçevirdən olan yeniyetmə və gənc idmançılar müxtəlif yaş kateqoriyalarında yarışıblar. 

Avarçəkənlər kayak və kanoe növlərində 200, 500 metr məsafədə bir və iki nəfərlik qayıqlarda, akademik növdə isə 500 metr məsafədə yalnız bir nəfərlik qayıqda mübarizə aparıblar.
 

AKAF-ın, Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə maraqlı mübarizə şəraitində keçən açıq çempionatda qalib gələn idmançılar medal və diplomla mükafatlandırılıb. 


Qeyd edək ki, yeniyetmə və gənclər arasında ölkədaxili yarışların təşkil edilməsində əsas məqsəd perspektivli idmançıları üzə çıxarmaq, gələcəkdə onlar arasından peşəkar idmançı yetişdirməkdir. 

Avarçəkmə üzrə Bakı açıq çempionatı keçirildi – FOTO - foto 1
Avarçəkmə üzrə Bakı açıq çempionatı keçirildi – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO