“Neftçi” Azərbaycan çempionu oldu

“Neftçi” Azərbaycan çempionu oldu

Hazırda oxunan: “Neftçi” Azərbaycan çempionu oldu
194823
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Texniki Universitetinin idman zalında Azərbaycan Qadınlar Liqasının (AQL) final və 3-cü yer uğrunda görüşləri baş tutub.

Bizim.Media xəbər verir ki, öncə 3-cü yer uğrunda "Qaradağ" və "Xırdalan" klubları arasında oyuna start verilib. Qarşılaşma "Xırdalan" klubunun 51-49 hesablı çətin qələbəsi ilə yekunlaşıb.

Final görüşündə isə "Neftçi" və "Azstars" klubları üz-üzə gəliblər. Oyunun əvvələrindən üstünlüyü ələ keçirmiş "Neftçi" sonda 93-29 hesablı rahat qələbəyə sevinib.
Final oyununun ən dəyərli qadın basketbolçusu (MVP) "Neftçi" klubundan Angelina İsmayılova seçilib.

Bununla da "Neftçi" ilk pley-offlu sistemdə keçirilən çempionatın ilk çempionu kimi tarixə düşüb. Sonda qaliblər federasiya rəsmiləri tərəfindən kubok və medallarla təltif olunublar.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO