Kadinin “Qarabağ”a qayıtması mümkün deyil

Hazırda oxunan: Kadinin “Qarabağ”a qayıtması mümkün deyil

169996

"Krasnodar"ın futbolçusu Kadi Borgesin "Qarabağ"a qayıdacağı ilə bağlı xəbərlər yayılıb. 

Bizim.Media xəbər verir ki, braziliyalı futbolçunun qışda Ağdam klubuna icarəyə veriləcəyi iddia edilir.

Məsələ ilə bağlı futbolçunun meneceri Helsio Alisk açıqlama verib. O, 30 yaşlı futbolçunun hazırda qayıtmasının mümkün olmadığını deyib:

"Kadi "Qarabağ"ı sevir. Amma onun bu komandaya icarəyə verilməsi indiki məqamda mümkün deyil. Çünki "Krasnodar" onun üçün “Qarabağ”a 5 milyon ödəyib. Bundan sonra isə onun icarəyə götürülməsi isə heç də asan məsələ deyil".
Qeyd edək ki, Kadinin “Krasnodar”la müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO