“Yuventus” Konfrans Liqasında iştirakdan imtina edəcək

“Yuventus” Konfrans Liqasında iştirakdan imtina edəcək

Hazırda oxunan: “Yuventus” Konfrans Liqasında iştirakdan imtina edəcək
145369
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Turinin “Yuventus” klubu maxinasiyalarını araşdıran Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ilə sövdələşməyə getməyə və 2023/24-cü illər mövsümündə Konfrans Liqasında iştirakdan imtina etməyə qərar verib.

Bizim Media xəbər verir ki, bu barədə “Sorriere Dello Sport” məlumat yayıb.

Qeyd edilib ki, UEFA-nın başqa cəzaları olmadığı halda "Yuventus" UEFA-nın klubu diskvalifikasiya etmək qərarına cavab olaraq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət və ya apellyasiya şikayəti verməyəcək.

“Yuventus” rəhbərliyi hesab edir ki, bu, komandanın 2024/25-ci illər mövsümündə Çempionlar Liqasında iştirakının təhlükə altında qalmamasına imkan verəcək.

Xatırladaq ki, UEFA “Yuventus”un mübahisəli maliyyə hesabı ilə bağlı araşdırmalara keçən ilin dekabrında başlayıb. Keçən mövsüm İtaliya A seriyasında “Yuventus” 7-ci yeri tutub. Maliyyə maxinasiyası ilə əlaqədar mövsüm ərzində komandanın 10 xalı silinib.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO