“Qarabağ”ın müdafiəçisi Türkiyə klubuna keçə bilər

“Qarabağ”ın müdafiəçisi Türkiyə klubuna keçə bilər

Hazırda oxunan: “Qarabağ”ın müdafiəçisi Türkiyə klubuna keçə bilər
144977
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ"ın müdafiəçisi Kevin Medina karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.  

Bizim.Media xəbər verir ki, 30 yaşlı mərkəz müdafiəçisinin "Rizespor"a keçəcəyi gözlənilir. Bu barədə jurnalist Ömer Necati Albayrak məlumat yayıb.  

Türkiyəli həmkarımızın sözlərinə görə, Super Liqaya yüksələn Rize təmsilçisi kolumbiyalı arxa xətt oyunçusu ilə razılıq əldə edib. Transferin qısa müddət ərzində açıqlanacağı iddia olunur.

Qeyd edək ki, "Qarabağ" Kevin Medinanı 2020-ci ilin yayında Portuqaliyanın "Çaves" klubundan transfer edib. Təcrübəli futbolçu Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 103 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO