“Sabah”ın Rusiyadan transfer etmək istədiyi növbəti futbolçu

Hazırda oxunan: “Sabah”ın Rusiyadan transfer etmək istədiyi növbəti futbolçu

143922

“Sabah” “Ural”ın yarımmüdafiəçisi Erik Bikfalvini transfer etmək istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Masazır təmsilçisi 35 yaşlı yarımmüdafiəçini Rusiya klubundan azad agent statusu ilə ayrılacağı halda heyətinə qatacaq. Azərbaycan klubunun rumıniyalı vingerə illik 250-300 min dollar maaş verməyə hazır olduğu bildirilir.

"Ural" Erik Bikfalvini 2017-ci ilin yayında "Tom"dan transfer edib. Təcrübəli ön xətt oyunçusu son mövsümdə Yeqaterinburq təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimidir. Qeyd edək ki, "Sabah" "Krasnodar"ın oyunçusu Maqomed-Şapi Süleymanovu da transfer etmək istəyir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO