“Sabah” “Krasnodar”ın futbolçusuna təklif göndərdi

Hazırda oxunan: “Sabah” “Krasnodar”ın futbolçusuna təklif göndərdi

143883

Sabah” “Krasnodar”ın futbolçusu Maqomed-Şapi Süleymanovu icarəyə götürə bilər. 

Bizim.Media Legalbet” nəşrinə istinadən xəbər verir ki, Aleksey Kaşukun gedişindən sonra sağ cinah yarımmüdafiəçisi axtaran Murad Musayevin komandası 24 yaşlı vingeri qış fasiləsində birdəfəlik transfer etmək şərtilə heyətinə qatmaq istəyir.

İddiaya görə, paytaxt klubu oyunçuya illik 250-300 min ABŞ dolları ödəməyə hazırdır.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında İsrailin “Hapoel” (Beer-Şeva) komandasında keçirmiş Maqomed-Şapi Süleymanov 35 oyuna 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO