Futbol üzrə Azərbaycan çempionatının sonuncu turunda autsayderlər “Rəvan”x9d və “Xəzər Lənkəran”x9d klubları qarşılaşıblar.
Moderator.az xəbər verir ki, matçın sonlarında “Xəzər Lənkəran”x9dın hesabda 2:1 irəli olduğu vaxtda oyunun baş hakimi Ramil Diniyev qonaqların qapısına elə bir penalti təyin edib ki, onu heç mübahisəli də adlandırmaq olmaz.
“Rəvan”x9dın futbolçusu Ruslan Tağızadə “Xəzər Lənkəran”x9dın müdafiəçisinə qarşı kobud oynayıb, lakin hakim tam əksinə qərar verərək 11 metrlik nöqtəni göstərib.
“Rəvan”x9dın kapitanı Ramazan Abbasov penalti zərbəsini dəqiq yerinə yetirərək oyunda bərabərliyi bərpa edib - 2:2.
Nəticədə “Rəvan 18 xal toplayıb, “Xəzər Lənkaran”x9d isə 15 xalla Birinci diviziona enib.

































































































