Bu gün

Bu gün "Qəbələ" "Qarabağ"ı qəbul edəcək

Hazırda oxunan: Bu gün "Qəbələ" "Qarabağ"ı qəbul edəcək
123862
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk olaraq "Qəbələ" "Qarabağ"ı qəbul edəcək. "Köhlən atlar" 62 xalla liderdir. Meydan sahibləri 32 xalla 5-ci pillədə qərarlaşıb. Tərəflər indiyədək ölkə çempionatlarında 56 dəfə üz-üzə gəliblər.
Bunların 10-da "qırmızı-qaralar", 31-də Ağdam təmsilçisi meydanı üç xalla tərk edib. Topların nisbətində də "Qarabağ"ın aşkar üstünlüyü var - 87:43.

Tura "Turan Tovuz" - "Neftçi" görüşü ilə yekun vurulacaq. Tovuz klubu 26 xalla 6-cı, "ağ-qaralar" 49 xalla üçüncü sıradadır. Komandalar bu vaxtadək iki dəfə qarşılaşıblar. Bunların 1-də bakılılar qələbə qazanıbsa, digər matç heç-heçə yekunlaşıb.

Qeyd edək ki, turun "Zirə" - "Şamaxı" matçında qalib müəyyənləşməyib - 2:2. "Sumqayıt" "Səbail"i 1:0, "Sabah" isə "Kəpəz"i 2:0 hesabı ilə üstələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO