Şahmat üzrə Azərbaycan çempionatı – Ayan Allahverdiyeva liderliyini davam etdirir

Şahmat üzrə Azərbaycan çempionatı – Ayan Allahverdiyeva liderliyini davam etdirir

Hazırda oxunan: Şahmat üzrə Azərbaycan çempionatı – Ayan Allahverdiyeva liderliyini davam etdirir
119613
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qadın şahmatçılar arasında Azərbaycan çempionatında 6-cı turun görüşləri keçirilib. 

Bizim.Media xəbər verir ki, hesabat turunda yeganə heç-heçə Ləman Hacıyeva və Xanım Balacayeva arasındakı görüşdə qeydə alınıb.

Yarışın lideri Ayan Allahverdiyeva 6-cı turda Zeynəb Məmmədyarovanı məğlub edib. Qara fiqurlarla oynayan ötən ilin Azərbaycan çempionu Gövhər Beydullayeva  Xəyalə Abdullanı məğlub edib.
Türkan Məmmədyarova Nərmin Abdinovaya, debütant Nurtan Nuriyeva isə Səbinə İbrahimovaya uduzub. Gülnar Məmmədova bu tur istirahət edib.

Qeyd edək ki, 6 turdan sonra aktivində 4,5 xalı olan Ayan Allahverdiyeva birinci pillədə qərarlaşıb. Liderdən yarım xal geri qalan Gövhər Beydullayeva ikinci sırada qərarlaşıb. Hərəyə 3,5 xalı olan Səbinə İbrahimova və Xanım Balacayeva müvafiq olaraq 3-4-cü yerləri bölüşdürür.

Ölkə çempionatına fevralın 14-də yekun vurulacaq.

Bizim.Media

Şahmat üzrə Azərbaycan çempionatı – Ayan Allahverdiyeva liderliyini davam etdirir - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO