
- A-
- A
- A+
İdman
09:04 / 12.01.2023
1 dəq oxunma
“Milan” İtaliya Kuboku ilə erkən vidalaşdı – FOTO
Hazırda oxunan: “Milan” İtaliya Kuboku ilə erkən vidalaşdı – FOTO
114312
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün futbol üzrə İtaliya Kubokunun səkkizdəbir final mərhələsinin bir oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, “Milan” öz meydanında “Torino” ilə qarşılaşıb.
Matçın ilk hissəsində hesab açılmayıb. Oyunun 70-ci dəqiqəsində “Torino”nun futbolçusu Cici qırmızı vərəqə alaraq meydandan qovulub.
Lakin “Rossonyerlər” say üstünlüyündən yararlana bilməyiblər. Qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə ilə başa çatdığından əlavə vaxt oynanılıb.
Əlavə vaxtın ikinci hissəsində - 114-cü dəqiqədə “Torino”nun futbolçusu Adopo hesabı açıb. Oyunda başqa qol olmayıb və beləliklə, “Milan” İtaliya Kuboku ilə erkən vidalaşıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































