DÇ-2022-nin stadionu sökülür - Bu ölkəyə hədiyyə olunacaq

DÇ-2022-nin stadionu sökülür - Bu ölkəyə hədiyyə olunacaq

Hazırda oxunan: DÇ-2022-nin stadionu sökülür - Bu ölkəyə hədiyyə olunacaq

108322

Qətərdə xüsusi olaraq DÇ-2022 üçün inşa edilən "974" adlı stadion fəaliyyətini dayandırıb.

Bizim.Media xəbər verir ki, bu arenada son olaraq 1/8 final mərhələsinin Braziliya - Cənubi Koreya görüşü keçirilib. Bundan sonra, əvvəlcədən də nəzərdə tutulduğu kimi, idman qurğusunun Qətərdəki fəaliyyətinə son verilib.

Qeyd edək ki, modul tipli arenanın "974" adlandırılması onun eyni sayda konteynerden inşa edilməsi ilə əlaqədardır. O, dünya tarixinə ilk sökülüb-tikilən arena olaraq düşə bilib. Arena mundialda 7 oyuna ev sahibliyi edib.
Xarici mətbuatın yazdığına görə, Qətərin dənizçilik və ticarət ənənəsindən ilhamlanaraq hazırlanan "974"in konteynerləri tam söküldükdən sonra Tunis Respublikasına hədiyyə ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO