Rusiyada baş verən yol qəzasında 6 Azərbaycan vətəndaşı yaralanıb

Rusiyada baş verən yol qəzasında 6 Azərbaycan vətəndaşı yaralanıb

Hazırda oxunan: Rusiyada baş verən yol qəzasında 6 Azərbaycan vətəndaşı yaralanıb

50214
Rusiyanın Stavropol diyarı ərazisində baş verən yol-nəqliyyat hadisəsində Azərbaycan vətəndaşları xəsarət alıb.

APA-nın “sevkavportal.ru” saytına istinadən verdiyi xəbərə görə, qəza bu gün səhər saat 06.00 radələrində Georgiyevsk rayonunun Obilnoye kəndi yaxınlığında, Koçubey-Zelenokumsk-Mineralnıye Vodı yolunda baş verib.
 
“Mercedes” markalı mikroavtobusun “VAZ 2113” markalı minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Xəsarət alanlardan 6 nəfəri mikroavtobusun sərnişinləri olub. Onların hamısı Azərbaycan vətəndaşıdır. 
 
Rusiya DİN-in Stavropol diyarı üzrə Dövlət Avtomobil Müfəttişliyi İdarəsindən bildiriblər ki, Zelenokumskdan Georgiyevsk istiqamətinə hərəkət edən mikroavtobus naməlum səbəbdən yolun qarşı tərəfinə çıxıb və “VAZ 2113” avtomobili ilə toqquşub. Nəticədə “Jiquli”nin sürücüsü ölüb, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO