“Hərbi Prokurorluq Arzu Rəhimova qarşı sabotaj maddəsiylə cinayət işi açmalıdır”

“Hərbi Prokurorluq Arzu Rəhimova qarşı sabotaj maddəsiylə cinayət işi açmalıdır”

Hazırda oxunan: “Hərbi Prokurorluq Arzu Rəhimova qarşı sabotaj maddəsiylə cinayət işi açmalıdır”

40859

“Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert polkovnik Üzeyir Cəfərov dünən Hərbi Prokurorluqda keçirilən Kollegiya İclasında səsləndirilən fikirlərlə bağlı Moderator.az-a açıqlama verib, onu təqdim edirik:

 “Respublika Hərbi Prokurorluğunda keçirilən kollegiya iclasında baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin çıxışındakı bəzi maraqlı məqamlar mənim diqqətimi xüsusi ilə cəlb etdi. Onun sözlərinə görə, Azərbaycanda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay, Daşkəsən və Saatlı rayon şöbələrinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. Mənim fikrimcə isə haqqında cinayət işi başlanılan vəzifəli şəxslərin sayı bundan bəlkə də on dəfə, iyirmi dəfə çox olmalı idi. Özü də bu siyahıya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov başçılıq etməli idi. Səbəbi isə çox sadə və aydındır. Xatrılayirsinizsa, bu günlərdə  Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrində ordu sıralarına gələn gənclərin tibbi cəhətdən sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən hərbi xidmətin çətinliklərinə dözümlü olmaları faktı yoxlanılarkən ortalığa misli görünməmiş bir biabırçılıq çıxmışdı. Özü də, təkcə dünən yekunlaşan 2014-cü ilin ilk çağırışının 15-cə günü ərzində. Yanvarın 15-dək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında təkrarən yoxlanılan gənc çağırışçıların 106 nəfərində xəstəlik aşkarlandı və onlar geri qaytarıldı. Bu gənclərin 17 nəfərində VƏRƏM (seçdirmə mənimdır Ü.C), 71 nəfərində nevrotik-reaksiya, 18 nəfərində isə digər xəstəliklər aşkar edilib.

Deməli, bu çağırışçıları sağlam adı ilə orduya yola salmış və onların hərbi xidmətə yararlı olmasını öz imzası və möhürü ilə təsdiq etmiş xeyli sayda vəzifəli şəxslər bu gün ən azından tutduqları vəzifələrdən dərhal kənarlaşdırılmalı idilər. Görünür, onlarla hüquqi deyil, başqa müstəvidə  "işlər aparılıb". Elə sadaladığım bu faktların özü ona əsas verir ki,  Səfərbərlik Xidmətində Arzu Rəhimovun özü və vəzifə saxtakarlığına yol vermiş zabit və gizirləri, həmçinin hərbi həkim komissiyasının üzvləri məsuliyyətə cəlb olunsunlar. Bunu necə başa düşmək olar ki, bu qədər xəstə çağırışçı müayinədən keçirilərkən xəstəlikləri müəyyən edilməyib? Əvəzində isə sağlam və xidmətə yararlı şəxslərdən böyük ehtimalla rüşvətin hesabına tamam başqa qərarlar qəbul edilib. Mən bu qurumun yarandığı ilk günlərdən demişəm və yenə də o fikirdə qalıram ki, Səfərbərlik Xidmətinin rəhbərliyini yalnız çağırışçıların sayı və şəxsi maraqları daha çox düşündürür. Onların sağlam olub-olmaması, sabah ordu sıralarında hansı problemlərlə üzləşəcəyi isə bu şəxsləri qətiyyən maraqlandırmır.  Ona görə də, mənə elə gəlir ki, keçirilən kollegiya iclasında  Xanlar Vəliyev Səfərbərlik Xidmətinin rəhbər şəxslərinə açıq mesaj verməli idi. Təsəvvür edin ki, söhbət yalnız Müdafiə Nazirliyinə 15 gün ərzində çağırılmı minlərlə gəncdən yalnız 106 nəfərindən gedir. Bəs digər güc strukturlarına göndərilmiş digər vərəm və başqa xəstəlik daşıyıcıları ilə bağlı kim tədbir görəcək?  Bir sözlə, mən çox narahatam belə işlərə. Dövlətin bir qurumu faktiki olaraq ölkənin güc strukturlarının həyat və fəaliyyətini iflic etməklə məşğuldur. Mənə elə gəlir ki Hərbi Prokurorluq sabotaj maddəsi ilə cinayət işi açmalıdır. Özü də, general Arzu Rəhimova qarşı birinci növbədə.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO