İranda prokuror öldürüldü

İranda prokuror öldürüldü

Hazırda oxunan: İranda prokuror öldürüldü

36383

Moderator.az Aznews-a istinadən xəbər verir ki, Musa Nuri -Qələno Tehran vaxtıyla səhər saat 8-ə 15 dəqiqə qalmış avtomobildə işə gedərkən bir avtomobil onun maşınına yaxınlaşıb və sərnişinlərinin kimliyi bəlli olmayan həmin avtomobildən prokurorun maşınına dalbadal atəş açılıb. Mənbə bildirib ki, “Kalaşnikov” avtomatından açılan atəş nəticəsində prokuror və sürücüsü həlak olub.

Basqınçılar hadisə yerindən qaça biliblər. Hadisənin məsuliyyətini hələlik heç bir qrup üzərinə götürməyib. 
Musa Nuri-Qələno iki həftə əvvəl jurnalistlərə açıqlamasında demişdi ki, Sistan-Bəlucistanda qanunsuz fəaliyyət göstərən “Condollah”, “Ceyşül- ədl” və başqa silahlı qruplaşmalarla bağlılığına görə tutulan 16 məhbus bəluc dar ağacından asılıb. Prokuror onu da bildirmişdi ki, bu edamları yerli müxaliflərin Pakistanla sərhəddə 18 nəfər İran sərhədçisini öldürməsinin əvəzini çıxmaq üçün gerçəkləşdirib

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO