23-cü mərtəbədən yıxıldı və...

23-cü mərtəbədən yıxıldı və...

Hazırda oxunan: 23-cü mərtəbədən yıxıldı və...

271893
Moderator.az Daily Mail-ə istinadən xəbər verir ki, Çinin Xançjou şəhərində, yanğınsöndürənlər 23-cü mərtəbədən havalandırma şaxtasına düşən bir oğlanı xilas edib.xa0

Hadisə mayın 20-də baş verib. Altı yaşlı oğlan qonşunun mənzilində oynayırmış. Evdə təmir işləri gedirdi, ona görə də inşaatçılar beton plitəni taxta parçası ilə əvəz edib iki balkon arasında qoyub. Uşaq onun üstünə çıxıb və havalandırma şaxtasına düşüb.

Uşaq kondisionerin üstünə düşdüyünə görə zərbə bir qədər yumşalıb. Hadisəni dərhal Xançjou yanğınsöndürənlərinə bildiriblər və onlar da hadisə yerinə gəliblər. Xilasedicilərxa0 uşağa xüsusi alpinist paltarı geyindiriblər, onu sakitləşdirib və ona yuxarı qalxmağa yardım ediblər. Əməliyyat altı dəqiqə çəkib, sonra oğlan xəstəxanaya aparılıb.

Uşaq möcüzə sayəsində kürəyindən və qolundan yalnız kiçik zədələr almaqla qurtulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO