Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadanın Roddikton-Bayd-Arm şəhərində onlarla suitiin şəhərin küçələrinə çıxması üzündən nəqliyyat sıxlığı yaranıb.
Şəhərin küçələrində 40 suiti görünüb. Onlara görə küçələrdə nəqliyyat tam iflic olub. Yerli telekanalın məlumatına görə, hətta iki suiti avtomobilin təkərinin altında qalıb. Yerli hakimiyyət hesab edib ki, suitilər azıb, sahildən çox uzaqlaşıblar.
xa0
“Hər yerdə suiti var: yollarda, həyətlərdə, gölməçələrdə, dayanacaqlarda, bəzən evlərin düz qapısı ağzında. Onları sahilə aparmasalar, qorxuram ki, sağ qalmasınlar” - şəhərin başçısı belə deyib.
Bundan başqa, qeyd olunur ki, onların ac olduğu hiss olunur. Amma, özləri şəhərdən çıxa bilməyəcək.
Hakimiyyət kömək üçün artıq balıqçılıq və okean nazirliyinə müraciət edib.
Few out for a crawl today pic.twitter.com/Qbb5pazTmD
— Brendon FitzPatrick (@BrendonFitzPat3) 6 Ocak 2019
































































































