Sevdiyi qızın doğum gününə hazırlaşan 21 yaşlı gənci Rusiyada bir qrup sərxoş gənc döyərək öldürüblər.xa0
Moderator.az xəbər verir ki, hadisə Kaluqa vilayətinin Balabanovo şəhərində baş verib. Borovsk şəhər sakini 21 yaşlı Babək İlham oğlu Əlihüseynov bir qrup sərxoş gənc tərəfindən istirahət etdiyi kafedə faciəvi şəkildə öldürülüb. Bu haqda Rusiya mediası hadisə barədə təfərrüatları barədə məlumat yayıblar.xa0
Hadisə aprelin 7-də səhər saat 5:00 radələrində baş verib. Kafedə etdiyi mübahisədən sonra altı nəfər tərəfindən təkbaşına duelə çağırılan gənc oğlan küçədə onların hücumuna məruz qalıb və nəticədə başından aldığı zərbə nəticəsində hadisə yerində dünyasını dəyişib.xa0
Hadisə anban kafedə yerləşdirilmiş müşahidə kameralarına düşüb. Artıq gənci öldürən şəxslərin kimliyi müəyyən edilərək həbs edilib.xa0xa0
xa0
xa0Məlum olub ki, gənc oğlan sevdiyi qız Maşanın doğum gününə hazırlaşırmış. Hətta hədiyyə də alıb, amma onu sevgilisinə vermək qismət olmayıb. Evlənməyə hazırlaşdıqlarını deyən gənc qız indi bütün həyatının onsuz alt-üst olduğunu deyib.xa0
xa0xa0
Xatırladaq ki, gənc oğlan həm də Moderator.az-ın əməkdaşı Vasif Əlihüseynin əmisi oğludur.

































































































