Bu gün səhər saatlarında Sabirabad rayonunda ağır zəncirvari qəza baş verib.xa0 “VAZ-2107”, “NİSSAN” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində “VAZ-2107”in sürücüsü, Sabirbad rayonu, Qaratəpə kənd sakini, 25 yaşlı Yusif Vəli oğlu Hüseynov, “NİSSAN”ın sürücüsü, rayonun Qalaqıyın kənd sakini Elşən Eyvaz oğlu Hüseynov və iki nəfər sərnişini-həmkəndlisi Nicat Ramiz oğlu Quliyev, Türkədi kənd sakini Elxan İlham oğlu Dadaşov müxtəlif dərəcəli xəsarətlərlə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Ağır bədən xəsarətləri almış “07”-nin sürücüsü Yusif Hüseynov Sabirabad Rayon Polis Şöbəsinin zabitidir. Faktla bağlı araşdırmalara başlanılıb.(Virtualaz.orgxa0)

xa0
xa0

xa0

xa0
xa0



































































































