Bu günlərdə Latviya Elmlər Akademiyasında “Xolokostun muzeyləri və memorial abidələri: çağırışlar və imkanlar”x9d adlı İV Beynəlxalq konfrans keçirilib.
Burada MBD və Avropa ölkələrinin 90 alimi və ictimai xadim iştirak edib. Bu ənənəvi forumda ilk dəfə olaraq Azərbaycan təmsil olunub. Baki Slavyan Universitetinin dosenti, “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək”x9d İB-nin sədri xa0Şəlalə Həsənova QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə Riqaya gedərək həmin konfransda xa0““Erməni genosidi”x9d Xolokostun sələfi kimi: Qərb alimlərinin məsələyə baxişi”x9d məruzəsi ilə çıxış edib. 14 Qərb aliminin tezislərini səsləndirərək o sübut etmişdir ki, qondorma erməni genosidi Xolokostun sələfi olmayıb.Yahudilər yalnız milli mənsubiyyatlərina görə etnik təmizləməyə məruz qalmışlarsa ermənilər Osmanlı dövlətinə qarşı xəyanətlərinə görə deportasiya olunmuşlar.
xa0 xa0xa0
Şəlalə Həsənova konfransda iştirak edən “Erməni genosidi muzey- institutunun direktoru Ayk Demoyanla açıq diskusiya aparmış və onun çıxışında səsləndirdiyi yalanları ifşa etmişdir. Azərbaycanlı alim dəlillərlə sübut etmişdir ki, ermənilər iddia etdikləri ön Asiyaya Balkan yarımadasından köçmüşlər. Bununla yanaşı türk məmurlarının Malta adasındaki həbsdən azad edilməsi genosidin olmamasının dəlili kimi səsləndirilmişdir. Ş. Həsənovanın Türkiyədə açılmış arxivlərdə erməni alimlərinin tədqiqat aparmaqdan imtina səbəbi barədə sualına da A.Demoyan məntiqli cavab verə bilməmişdir.





























































































