Lənkəranda avtomobilin vurduğu şəxs xəstəxanada ölüb. Moderator.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 1-də Lənkəran rayonu Balıqçılar qəsəbəsində qəsəbə sakini Samir Vəliyev idarə etdiyi “VAZ-2101”x9d markalı avtomobillə yolu keçən rayon sakini Arzuman Muradovu vurub. Xəstəxanaya yerləşdirilmiş A.Muradov fevralın 8-də orada ölüb.
xa0
Faktla bağlı araşdırma aparılır.































































































