Fiziki qüsurluların istifadəsi üçün liftlər quraşdırılacaq.
Metronun yeni stansiyaları gələn ilin əvvəlində istifadəyə veriləcək.
Moderator.az-ın ANS TV-yə istinadən məlumatına görə, gələn il təhvil verilməsi planlaşdırılan “Avtovağzal”x9d və “Memar Əcəmi 2”x9d stansiyaları metronun bənövşəyi xəttinə daxildir. Artıq stansiyalarda tikinti işləri demək olar ki, yekunlaşıb və ərazidə abadlıq işləri aparılır.
Daxildə isə avadanlıqların qurşadırılması həyata keçirilir. Stansiyalarda eskalatorlar hazır vəziyyətə gətirilib, müasir işıqlandırma sistemi ilə təmin olunub. Bu stansiyalarda hərəkət üçün gətiriləcək yeni vaqonlar digərlərindən rahatlığı, genişliyi və havatəmizləyici sisteminini olması ilə fərqlənir. Stansiyaların platforması 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Amma ilk mərhələdə burada 5 vaqon hərəkət edəcək. Yeni stansiyalarda fiziki qüsurlu insanların istifadəsi üçün də şərait yaradılıb.
“Bakı Metropoliteni”x9d QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev qeyd edib ki, digər sərnişinlərdən fərqli olaraq əlil insanlar yerin üstündən bu liftlər vasitəsilə birbaşa platformaya enə biləcəklər. Yeni vaqonlarda onlar üçün nəzərdə tutulmuş yerlərdə hərəkət edə biləcəklər.
Nəsimi Paşayev onu da bildirdi ki, bundan sonra inşa ediləcək bütün stansiyalarda fiziki qüsurların istifadəsi üçün liftlər quraşdırılacaq.
“Avtovağzal”x9d və “Memar Əcəmi 2”x9d stansiyaları gələn ilin birinci yarısında sərnişinlərin istifadəsinə veriləcək.


































































































