“Bəyəm polis idarəsinə gətirilən vətəndaşın üstü ayaqyolunda yoxlanmalıdır?”x9d

“Bəyəm polis idarəsinə gətirilən vətəndaşın üstü ayaqyolunda yoxlanmalıdır?”x9d

Hazırda oxunan: “Bəyəm polis idarəsinə gətirilən vətəndaşın üstü ayaqyolunda yoxlanmalıdır?”x9d

91905
Mingəçevir polis şöbəsində müəmmalı şəkildə ölən Bəhruz Hacıyevlə bağlı Milli Şuranın sədri, tarixçi professor  Cəmil Həsənli DİN rəhbərliyinə bir sıra maraqlı suallar ünvanlayıb:

"Mingəçevir polis idarəsində 27 yaşlı Bəhruz Hacıyevin ölümü ilə bağlı qəribə faktlar açıqlanır. Aşkarlanan faktlar bizim polis orqanlarının hansı vəziyyətdə olmasının aydın göstəricisidir. Şəhər polis idarəsinin rəisinin və digər məsul şəxslərin açıqlamalarında göstərildi ki, polis leytenantı Şahlar Şahlarzadə şahid çağırmağa gedəndə guya Bəhruz özünü pəncərədən atıb. Əvvəla, vətəndaş vəkil tələb edibmi? Əgər edibsə niyə təmin edilməyib. Bütün hallarda vətəndaşın üstü yoxlanılarkən, ondan ifadə və ya izahat alınarkən vəkilin prosesdə iştirakı qanunun tələbidir. Bəhruzun polis idarəsində olduğu 10 saat müddət ərzində hansı istintaq hərəkətləri keçirilib və həmin hərəkətlər hansı formada sənədləşdirilib. İkincisi, şahid niyə sonradan çağrılmalıdır. İşdə adı keçən şahid kimdir? Əgər doğrudan da Bəhruzun üzərində narkotika olubsa o, saxlanılarkən üstü yoxlanmalı və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilməli idi. Verilən məlumatlardan görünür ki, bu olmayıb. Üçüncüsü, əgər Bəhruz Hacıyevin narkotika ilə əlaqəsi barədə əməliyyat məlumatı daxil olmuşdusa, bu halda şəhər polis idarəsinin rəisinə raport yazılmalı idi. Yalnız yazılmış raport əsasında bilavasitə rəisin rəsmi icazəsi ilə Bəhruz Hacıyevi saxlamaq üçün əməliyyat qrupu yaradılmalı və nəzərdə tutulan əməliyyat həyata keçirilməli idi. Bunlar olubmu? Dördüncüsü, şəhər polis idarəsindən mərhumun cənazəsi təcili yardım maşını vasitəsi ilə meyitxanaya aparılıb, yoxsa polis maşınında? Əgər təcili yardım maşınında aparılıbsa, şəhərdə, polis idarəsinin yaxınlığında yenicə təmirdən çıxmış meyitxana olduğu halda mərhumun cənazəsini ailə üzvlərinin xəbəri olmadan niyə qəsəbədə yerləşən meyitxanaya aparıblar? Daha sonra dövlət idarəsində həyatını itirən vətəndaşın ölümü barədə polis idarəsi tərəfindən onun ailəsinə niyə məlumat verilməyib? Bəhruzla bərabər saxlanılan Vaqifin polis idarəsinə aparılmaqları ilə bağlı verdiyi açıqlama ölkənin daxili işlər orqanlarında hansı vəziyyətin hökm sürdüyünü nümayiş etdirir. O, deyir: “Məni kəmərimdən, başıaşağı tutmuşdular, saldılar ayaqyoluna, üstümü yoxladılar. Sonra gətirdilər kabinetə”x9d. Bəyəm polis idarəsinə gətirilən vətəndaşın üstü ayaqyolunda yoxlanmalıdır? Təkcə bu fakt Azərbaycan polis orqanlarında yaranmış acınacaqlı mənəvi-əxlaqi durumun real təzahürüdür."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO