Media rəhbərləri Cavid Hüseynovla bağlı prezidentə müraciət etdi: “Zaminliyə buraxılasın”x9d

Media rəhbərləri Cavid Hüseynovla bağlı prezidentə müraciət etdi: “Zaminliyə buraxılasın”x9d

Hazırda oxunan: Media rəhbərləri Cavid Hüseynovla bağlı prezidentə müraciət etdi: “Zaminliyə buraxılasın”x9d

91135

Jurnalist Rasim Əliyevin ölümünə görə həbs edilən “Qəbələ”x9d futbol klubunun kapitanı Cavid Hüseynovun zaminliyə buraxılması ilə bağlı bir qrup media təmsilçisi  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova müraciət edib. Müraciəti olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

“Cənab Prezident
Milli m
ətbuatın 140 illiyinin dövlət tərəfindən yüksək səviyyədə qeyd olunmasından bir neçə gün sonra jurnalist Rasim Əliyevin ölümü ilə nəticələnən olay hər birimizi içdən ağrıtdı. Mətbuat günündə medianı təltif edən dövlət başçısı kimi Sizin belə ağır gündə baş vermiş hadisəni şəxsən nəzarətə götürməniz sözün həqiqi mənasında mətbuatın dostu olmanızı bir daha təsdiqlədi. Həm bayramımızda, həm də faciəmizdə bizimlə birgə olmanız azad sözə və azad mediaya dövlətin ən böyük dəstəyidir. Mərhum həmkarımızın ölümü bizim hər birimizi kədərləndirdi. Sizin, medianın dostu olaraq, bu hadisəni şəxsən nəzarətə götürməniz həmkarımız Rasim Əliyevin qatillərinin öz cəzasını alacağına tam inam yaradır.
Cənab Prezident!
Baş vermiş cinayətlə bağlı həbsdə yatan “Qəbələ”x9d futbol klubunun oyunçusu Cavid Hüseynov Azərbaycan bayrağının rəqib klubun azarkeşləri tərəfindən təhqir olunmasına etiraz edib. Onun “Qəbələ”x9dfutbol klubunu növbəti mərhələyə çıxaran qolu milli və idman şərəfimizin qorunması idi. Sonradan baş verən olayları istintaq aydınlaşdıracaq və Cavid Hüseynovun bu hadisədə iştirakını müəyyənləşdirəcək.
Cənab Prezident!
Cavid Hüseynovun “Qəbələ ”x9d futbol klubunun növbəti oyununda azarkeş qismində belə iştirakı həm futbolçularımıza, həm də xalqımıza böyük ruh yüksəkliyi gətirərdi. Azərbaycan bayrağının şərəfini qoruyaraq həbsdə olmuş Ramil Səfərovun mümkün görünməyən azadlığına nail olan, dünyanın ən uca bayrağı kimi Bakıda Bayraq Meydanının yaradılmasına imza atan, son Avropa Oyunlarında Azərbaycan bayrağının ucaldılmasından və himnimizin səsləndirilməsindən yüksək qürur hissi keçirən Sizə müraciət edirik. Hazırda həbsdə olan “Qəbələ”x9dfutbol klubunun oyunçusu Cavid Hüseynovun vətənpərvərliyini, bayraq sevgisini, onun ittiham olunduğu maddənin ictimai təhlükəliliyinin az olmasını nəzərə alaraq, futbolçunun məhkəmə hökmünə qədər zaminə buraxılmasına yardımçı olmanızı xahiş edirik!

Dərin Hörmətlə,

“Ədalət”x9d qəzetinin təsisçisi, millət vəkili ”“ Aqil Abbas

“Futbol+”x9d qəzetinin baş redaktoru ”“ Mahir Rüstəmli

“Gündəm Xəbər”x9d qəzetinin baş redaktoru ”“ Şirin Cəfəri

“Gün”x9d qəzetinin baş redaktoru ”“ Fikrət Fərhadoğlu


Poliqon İnformasi Agentliyinin baş redaktoru ”“ Azər Qaramanlı

Savash.org saytının baş redaktoru ”“ Zülfüqar Savaş

Dünya İnformasiya Agentliyinin baş redaktoru ”“ Məhəmməd Ərsoy

Moderator.az saytının baş redaktoru ”“ Zülfüqar Hüseynzadə

Bölgə Xəbər internet televiziyasının təsisçisi ”“ Vasif Turan

Tərəf.info saytının baş redaktoru ”“ Nurəddin Xoca

Gündəminfo.az saytının baş redaktoru Razi Abbasbəyli

İdeologiya.az saytının baş redaktoru ”“ Teylor Fətişoğlu

Xalqxeber.az saytının baş redaktoru ”“ Peyman Sadıqlı

Dosye.org saytının baş redaktoru ”“ Elman Nigaran

Cumhuriyyet.az saytının baş redaktoru ”“ Nəsimi Şərəfxanlı”x9d

 

P.S. Müraciət QHT təmsilçiləri, ziyalılar və ictimaiyyət üçün açıq saxlanılıb

Cümhuriyyət.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO