Nazir: Regionlarda 300-dən çox fərdi ev tikilir

Nazir: Regionlarda 300-dən çox fərdi ev tikilir

Hazırda oxunan: Nazir: Regionlarda 300-dən çox fərdi ev tikilir

79298
Nazirlik məlumat yaydı.

Hazırda respublikanın bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün 379 fərdi ev tikilir.

Moderator.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri xa0Səlim Müslümov bildirib.

“Cəlilabad rayonunda bu təbəqələrdən olanlar üçün 2, Biləsuvar rayonunda 3, Neftçala rayonunda 10 fərdi ev tikilir. Salyan rayonunda isə 18 fərdi evin inşası işləri artıq tamamlanmaq üzrədir. Cari il ərzində bu rayonlarda yeni fərdi evlərin tikintisinə başlanması da nəzərdə tutulur”x9d-deyə, nazir qeyd edib.

Ayrı-ayrı ümumi səbəbdən əlilliyi olan şəxslərin mənzillə təmin olunmaq barədə müraciətləri ilə əlaqədar S.Müslümov bildirib ki, nazirliyin sifarişi əsasında inşa olunan mənzillər ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri üçün nəzərdə tutulub.

"Ümumi səbəblərdən əlilliyi olan şəxslərin mənzillə təminatı nazirliyin səlahiyyətlərinə aid deyil və belə şəxslər mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar yaşadıqları rayonun və ya şəhərin İH-lərinə müraciət etməlidirlər"-deyə, Səlim Müslümov əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO