SOCAR Gürcüstanda qazın qiymətini artırmaqdan imtina etdi

SOCAR Gürcüstanda qazın qiymətini artırmaqdan imtina etdi

Hazırda oxunan: SOCAR Gürcüstanda qazın qiymətini artırmaqdan imtina etdi

70105
SOCAR Gürcüstanda kommersiya istehlakçıları üçün qazın qiymətini artırmaqdan imtina edib.

Bu barədə "Trend"ə "SOCAR Energy Georgia" şirkətindən bildirilib.

“SOCAR Gürcüstanda kommersiya istehlakçıları üçün qazın qiymətini artırmayıb. Kommersiya strukturları üçün qiymətlərin artırılması təşəbbüsü “Kaztransqaz-Tiflis”x9d şirkətindən gəlib.

Onların bəyanatı yayılandan sonra bizdə də bununla bağlı müəyyən fikirlər olub. Bununla belə, biz çörəkbişirmə və təhsil müəssisələri üçün qiymət artımını nəzərdən keçirmirdik və nəticədə bu ideyadan ümumiyyətlə imtina etdik”x9d, - şirkətdə qeyd ediblər.

Mənbənin məlumatına əsasən, “Kaztransqaz”x9dın xəbərdarlığı hələ də qüvvədədir. Şirkət martın 1-dən etibarən hüquqi şəxslər üçün bir kubmetr qazın qiymətini 0.9 lari (0.44 dollar/0.34 qəpik) artıracaq.

“Buna baxmayaraq, Azərbaycan qazının qiyməti artmayıb və şirkətin yaxın planlarında bu, nəzərdə tutulmayıb”x9d,- şirkətdən bildirilib.

Qeyd edək ki, hazırda Tiflisdə təbii qazın qiyməti bir kubmetrə görə 0.4562 lari (təxminən 0.23 dollar/0.18 qəpik), regionalrda isə 0.4 laridən (təxminən 0.2 dollar/0.15 qəpik) 0.5 lariyə (təxminən 0.25 dollar/0.19 qəpik) qədərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO