Kəşfiyyatçı erməni tutuldu

Kəşfiyyatçı erməni tutuldu

Hazırda oxunan: Kəşfiyyatçı erməni tutuldu

65815
Moderator.az -ın məlumatına görə,Müdafiə Nazirliyi bildirir ki, 26 dekabr axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb. Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.

Moderator.az -ın verdiyi məlumata görə, artıq Ermənistan mətuatında da Azərbaycan ordusuna əsir düşən əsgəri barədə məlumatlar yayılıb. Lakin onlar münaqişə nəticəsində həm də ölənlərin olduğunu bildirirlər.

Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO