Sabiq müdafiə naziri Rəhim Qazıyev Moderator.az-ın iki yaşının tamam olması münasibəti ilə saytımıza təbrik ünvanlayıb. Təbrik müraciətində deyilir:
“Moderator.az-ın
Azərbaycan mediasındakı çəkisi, habelə cəmiyyətdə qazandığı hörmət və nüfuz hər
kəsə bəllidir. Biz Moderator.az-ın yeni yazılarını hər zaman sevə-sevə gözləyir
və oxuyuruq. Moderator.az cəmi iki ildir ki, fəaliyyət göstərsə də, ortaya
qoyduğu işlə qocaman sayt təsiri bağışlayır. Arzu edirəm ki, Moderator.az daha
böyük zirvələrə qalxsın, daha böyük müvəffəqiyyətlər əldə etsin. Medianın fəaliyyəti
üçün olduqca çətin dövrdə bütün tərəflərə
eyni səmimiyyət və vicdanla yanaşmaq, onların mövqeyini eyni obyektivliklə
işıqlandırmaq olduqca diqqətəlayiq və təqdiredici bir mövqedir. Moderator.az hər
zaman Azərbaycan xalqının gələcəyini düşünən bir mövqe ortaya qoyub və mən bu
yolda saytın bütün əməkdaşlarına uğurlar, möhkəm iradə, hər zaman ədalətli mövqe
arzulayıram”.
































































































