Ötən gün düşmənlə atışmada yaralanmış hərbçimiz dünyasını dəyişib.
APA-nın verdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq, Abdinov Hüseyn Etibar oğlunu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ötən gün cəbhə xəttində ermənilərin hücumu nəticəsində Azərbaycanın 8 hərbçisi şəhid olmuşdu.
Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu
Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov
Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov
Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Coşqunov
Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov
Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov
Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov
Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu
Sumqayıtdan hərbi xidmətə çağırılmış Hüseyn Abidinov
Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 3 hərbçisi yaralanıb.

































































































