
- A-
- A
- A+
İdman
15:00 / 27.07.2026
1 dəq oxunma
3 yunan-Roma güləşçimiz Bakıdakı dünya çempionatının yarımfinalına yüksəldi - VİDEO
Hazırda oxunan: 3 yunan-Roma güləşçimiz Bakıdakı dünya çempionatının yarımfinalına yüksəldi - VİDEO
627777
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakıda güləş üzrə U-17 dünya çempionatına start verilib.
Bizim.Media xəbər verir ki, ilk gündə Azərbaycanın 3 yunan-Roma güləşçisi yarımfinala vəsiqə qazanıb.
Ömər Salmanov (48 kiloqram), Orxan Həbibli (65 kiloqram) və İsfahan Həsənov (80 kiloqram) finala vəsiqə uğrunda güləşəcəklər. Onlar 1/4 finalda müvafiq olaraq, iranlı İsmaili Leivesi, özbəkistanlı Sardor Mahmudovu və türkiyəli Abdulhalik Balı məğlub ediblər.
Bu gün mübarizəyə qoşulan digər 2 güləşçimiz - Emin Baxşəliyev (110 kiloqram) təsnifatda, Qurban Məcnunov (55 kiloqram) isə 1/8 finalda uduzub.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışa avqustun 2-də yekun vurulacaq.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən






























































































