Taksi sürücüsü qadın sərnişinə əxlaqsız təklif etdi - VİDEO

Taksi sürücüsü qadın sərnişinə əxlaqsız təklif etdi - VİDEO

Hazırda oxunan: Taksi sürücüsü qadın sərnişinə əxlaqsız təklif etdi - VİDEO
627769
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bolt" taksi şirkətinin sürücüsü sərnişinə qarşı qeyri-etik münasibət göstərib.

Bizim.Media xəbər verir ki, bu barədə iddianın yer aldığı görüntülər sosial şəbəkədə paylaşılıb.

Sərnişin paylaşımında qeyd edib ki, əvvəlcədən ailəli olduğunu söyləsə də, sürücü münasibət qurmağa cəhd edib:

"Mənimlə Azərbaycan və rus dilində, işarələrlə qarışıq danışmağa başladı, üstəlik, bir neçə dəfə ön oturacaqda əyləşməyimi istədi.
 

Puldan söhbət gedən hissədə məndən çaypulu istədi. Taksi üçün 14 manat ödəmişdim, amma o dedi ki, "Biz uzağa gedirik, mənə də 5 manat saxla". Mən isə dedim ki, yanımda artıq pul yoxdur. Buna cavab olaraq dedi: "Axı sənin ərin var, qoy o versin".


Ünvana çatanda isə sağollaşmaq bəhanəsi ilə əlimi sıxmaq istədi. Amma bununla kifayətlənmədi, fürsətdən istifadə edib mənə toxundu. Belə vəziyyətlərdə, adətən, şok keçirirəm, ona görə də istər-istəməz gülümsəyərək reaksiya verirəm. Hadisəni videoya çəkməyimin səbəbi də baş verənləri başqalarına göstərmək və bunun uydurma olmadığını sübut etməkdir. Belə hallar baş verməməlidir. Xüsusilə də qadın əvvəlcədən ailəli olduğunu dediyi, söhbətdə maraqlı olmadığını açıq şəkildə bildirdiyi halda". (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO