Prezident 7 naziri istefaya göndərdi

Prezident 7 naziri istefaya göndərdi

Hazırda oxunan: Prezident 7 naziri istefaya göndərdi

47908
İyunun 13-də Cənubi Koreya prezidenti Pak Kın He hökumətdə kəskin dəyişiklik edib. “Media forum” saytının məlumatına görə, prezident baş nazirin iqtisadi məsələlər üzrə müavini, təhsil naziri, əmək və məşğulluq naziri, mədəniyyət naziri, elm naziri, ailə və gender bərabərliyi məsələləri naziri, təhlükəsizlik və ictimai administrasiya naziri postlarına yeni şəxslər təyin edib.

Dövlət başçısının bir gün əvvəl siyasi işlər, sosial məsələlər, iqtisadiyyat, təhsil və mədəniyyət üzrə köməkçilərini dəyişdiyi də xəbər verilir.   

Bu il aprelin 16-da Cənubi Koreyada “Sevol” sərnişin gəmisi qəzaya uğrayıb. Gəmi qəzasında əksəriyyəti məktəbli olmaqla 292 nəfər ölüb. Bu işə görə 20-dən çox rəsmi həbs edilib.  Baş nazir Çon Xon Von istefa verib. Bu həftə Cənubi Koreya prezidenti baş nazir postuna jurnalist Mun Çan Qıkı təyin edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO