“Lalə-H” mənzil-tikinti kooperativi yetkililərinin istintaqı davam edir

“Lalə-H” mənzil-tikinti kooperativi yetkililərinin istintaqı davam edir

Hazırda oxunan: “Lalə-H” mənzil-tikinti kooperativi yetkililərinin istintaqı davam edir

47674

Moderator.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsindən daxil olmuş xüsusi qərardad Baş prokuror yanında Korrupsiyaya Qarşı MübarizəBaş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı “Lalə-H” Mənzil-tikinti kooperativinin vəzifəli şəxslərinin qulluq mövqeyindən sui-istifadə edərək kooperativ tərəfindən paytaxtın Binəqədi rayonu ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binasındakı mənzili təkrarən saxta müqavilə əsasında Bakı şəhər sakininə 95 min manata satmaqla sonuncuya külli miqdarda zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.

           


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO