- A-
- A
- A+
Rüstəm Behrudi Akif Azalpın ittihamına cavab verdi
“Akif Azalpın məni plaqiatlıqda suçlamağa haqqı yoxdur. Mənim “Salam Dar ağacı” şeirim mənə qədər yazılan bu adda şeirlərin şahıdır”. Bu sözləri Rüstəm Behrudi Moderator.az a açıqlamasında Akif Azalpın Publika.az a müsahibə verərkən onu plagiatda günahlandırmasına münasibət bildirərkən deyib. R. Behrudi bu əsərin “Gündoğmuş” dastanının epiqrafından götürdüyünü desə də istinada ehtiyac olmadığını bildirdi:
“Akif mənim şeirimlə öz şeirini müqayisə etsin, bu zaman o görəcək ki, hansımızın əsərimiz bədii cəhətdən daha səviyyəlidir. Əgər onun və ya ondan öncə yazılan “Salam Dar ağacı” şeirləri daha keyfiyyətli olsaydı, təbii ki onların əsərləri dünyada tanınardı. Mənim bu şeirim dünyanın demək olar ki, bütün dillərinə tərcümə olunub və oxunur”.
Şair eyni zamanda Akif Azalpın onu xilas etməsi iddiasını da cavabsız qoymadı:
“Mən öz imzamı təsdiqləmiş insanam, kiminsə məni qorumağına ehtiyacım yoxdur. İndi Bakıda deyiləm. Qayıdanda özüm ona cavab verəcəm”.
Xatırladaq ki, Akif Azalp müsahibə zamanı “Salam Dar ağacı” şerinin ona məxsus olduğunu bildirərək Rüstəm Behrudini plagiatlıqda günahlandırıb və onu tənqidi yazarlardan xilas etdiyini deyib.
Lalə Novruzlu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































